Meksika prezidenti Andres Manuel Lopez Obrador Texas qubernatoru Qreq Abbottun ABŞ-Meksika sərhəddində yerləşən Rio Qrande çayında immiqrantların keçidinin qarşısını almaq üçün maneə qurmasını “qeyri-insani” adlandırıb.
32gun.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Rio Qrande çayı üzərində baryer qurulduqdan sonra çayda cansız cəsədlərin tapılması ilə bağlı mətbuata açıqlama verən Obrador, baryerlərin Meksikanın suverenliyini və insan haqlarını pozduğunu ifadə edib: "Bu maneələrin aradan qaldırılması üçün tələblərimizi davam etdiririk. Heç kim belə rəftara məruz qalmamalıdır",- deyə bildirib.
Qeyd edək ki, 2023-cü ildən bəri bu bölgəyə 270 mindən çox qeyri-qanuni miqrantın daxil olduğu qeyd edilib.
Aysel Şirinova