Konyanın Akşehir bölgəsində qorxunc hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, səkidə gedən Mehmet Candan (35) və qızı Almina Günay Candan (4) 4 mərtəbəli binadan beton suvaq parçaları başlarına düşərək xəsarət alıb. Yanlarında olan ana Fadime Candan (34) sağ-salamat xilas olub.
Əraziyə polis və tibb işçiləri göndərilib.
Təcili yardım maşınları ilə xəstəxanaya aparılan ata və qızın beyin qanaması keçirdiyi müəyyən edilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Ayxan