ABŞ-nin göndərdiyi 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupu və 3000-dən çox əsgərdən ibarət döyüş gəmiləri Qırmızı dənizə çatıb.
32gun.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.
Yeni gələn əsgər və gəmilərlə ABŞ-ın 5-ci Donanmasının bölgədəki dəniz imkanlarını artıracağı vurğulanıb.
ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığından verilən açıqlamaya görə, USS Bataan amfibiya gəmisi, "USS Cartel Hall" adlı desant gəmisi və 3 minlik heyət iyulun 10-da Virciniya ştatından yola düşmüşdü.
Aysel Şirinova