Böyük Britaniyada COVID-19-un Omicron variantının alt variantı olan Erisin (EG.5.1) bütün ölkəyə yayıldığı açıqlanıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinə (UKHSA) görə, yeni Eris variantı ölkə üzrə hər 7 yeni haldan birində təsadüf edir.
Mütəxəssislər ölkədə COVID-19-a yoluxma hallarının artmasının iyulun 21-də Barbie və Oppenheimer filmlərinin nümayişindən sonra milyonlarla insanın kinoteatra axın etməsi ilə bağlı ola biləcəyini irəli sürüblər.
Digər tərəfdən, insanların yaxın məsafədə qapalı və zəif havalandırılan ərazilərdə toplanmasının yoluxma sürətini artırmış ola bilməsi ehtimalı da mövcuddur.
Bildirilib ki, xəstəliyə qarşı immunitetin aşağı düşməsi və COVID-19 peyvəndlərindən müəyyən müddət keçməsi də halların artmasına səbəb ola bilər.
Aysel Şirinova