DÜNYA ÖZ XƏBƏR

Hərbi təyyarə qəzaya uğrayıb - Ölənlər var

Şri-Lanka Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 2 pilot həlak olub.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib ki, təyyarə Trinkomali şəhərindən havaya qalxdıqdan sonra təlim uçuşu zamanı qəzaya uğrayıb.

Təyyarənin Çin istehsalı olan "PT-6" tipli təyyarə olduğu müəyyən edilib.

Hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Aysel Şirinova

 

Oxşar Xəbərlər