Cənubi Koreyada keçirilən 25-ci Ümumdünya Skaut Festivalı Xanun tayfunu səbəbindən erkən başa çatıb.
32gun.az xəbər verir ki, Dünya Skaut Hərəkatı Təşkilatı (WOSM) bu gün Cənubi Koreyanın SaeManGeum şəhərində avqustun 1-də başlayan və avqustun 12-dək davam etməsi planlaşdırılan 25-ci Ümumdünya Skaut Festivalının dayandırıldığını açıqlayıb.
Festival 14-17 yaşlı minlərlə insanın iştirakı ilə 4 ildən bir keçirilir.
Qeyd edək ki, Skaut festivaldında iştirak üçün Cənubi Koreyaya 158 ölkədən 43 min 232 skaut üzvləri gəlib.
Aysel Şirinova