DÜNYA ÖZ XƏBƏR

2 mindən çox qadın Avropa məhkəməsinə şikayət etdi

İsveçrədə yaşı 64-dən yuxarı olan bir qrup qadın hökumətin iqlim siyasətinin həyatlarını riskə atdığını iddia edərək, İsveçrə hökumətinə qarşı iqlim dəyişikliyi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət edib.

32gun.az-ın New York Taymsa istinadən verdiyi xəbərə görə qadınlar artan temperatur və isti dalğalarının onlara sağlamlıq problemi olaraq geri döndüyünü ifadə ediblər. Etirazlarda  64 yaş və bu yaşdan yuxarı 2400 qadın iştirak edib. 

Etirazçılar İsveçrənin Avropa İnsan Haqları Konvensiyasının 2 və 8-ci maddələrini pozduğunu iddia edirlər. Bu iki maddə isə yaşamaq hüququnu və şəxsi həyata hörmət hüququnu müdafiə edir.

AİHM-dən isə hələlik  etirazla bağlı cavab gəlməyib.

Aysel Şirinova

 İsviçre'de 2 binden fazla kadın AİHM'de dava açtı

image

Oxşar Xəbərlər