İsveçin paytaxtı Stokholmda keçirilən İslamofob nümayişlərə diqqəti artırmaq üçün bir şəxs onlara şokolad paylayıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Nümayiş zamanı müsəlman olmayan etirazçılara və dinləyicilərə şokolad paylayan El Qomati, "Şokoladdan imtina etmək çox çətindir",- deyərək bu yöntəminin insanlarla dostluq dialoqu qurmalarına kömək etdiyini bildirib:
"İstifadə etdiyim üsul əsəbi insanları sakitləşdirir. Düşünürəm ki, bu, nifrət və ya şiddət göstərməkdən daha güclü və təsirlidir."
Qeyd edək ki, təşkil olunan nümayiş Stokholmda Quranı yandıraraq diqqəti cəlb etməyə çalışanların baxışını dəyişməyi hədəfləyir.
Aysel Şirinova