İranın Şərqi Azərbaycan ərazisinə bağlı Mərənd şəhərində 5 nəfər edam edilib.
32gun.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata əsasən Mərənd şəhərinin İnqilab və Baş prokuroru Yusif Ziya Mehr “təcavüz” ittihamı ilə edam cəzasına məhkum edilmiş 5 nəfərin edam edildiyini açıqlayıb.
Qeyd edək ki, Iranda oğurluq, təcavüz və digər cinayət əməlləri zamanı edam hökmü oxunur.
Aysel Şirinova