Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO, Aİ və onların tərəfdaşlarının Ukraynaya bu günə qədər ayırdığı yardımın məbləğinin 160 milyard dolları keçdiyini açıqlayıb.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, Nazir Qərb ölkələrinin Rusiyaya qarşı müharibə apardığını bəyan edib. Onun sözlərinə görə Qərbin Ukraynaya dəstəyi münaqişənin genişlənməsinə səbəb olub və Rusiyanın hərbi təhlükəsizliyinə təhdidlər artıb.
Şoyqu Ukraynanın Qərbdən yüzlərlə tank, 4000-dən çox zirehli texnika, 1000-dən çox artilleriya sistemi, onlarla Qərb istehsalı çoxbarrelli reaktiv yaylım atəşi sistemi və hava hücumundan müdafiə raket sistemi aldığını ifadə edərək, NATO, Aİ-dən yardımların ümumi məbləğinin 160 milyard dolları keçdiyini deyib:
"Rusiyanın hərbi təhlükəsizliyinə yönəlmiş bu təhdidlər vaxtında və adekvat cavab tələb edir. Biz bu iclasda onların zərərsizləşdirilməsi üçün lazımi tədbirləri müzakirə edəcəyik və müvafiq qərarlar qəbul edəcəyik".
Aysel Şirinova