SOSIAL ÖZ XƏBƏR

Dövlət Gömrük Komitəsinin Akademiyasında 121 min manatlıq forma "alış-veriş"i

Dövlət Gömrük Komitəsinin Akademiyasının "Tələbələr üçün xüsusi geyim formalarının satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az-ın məlumatına görə, tenderin qalibi "ÖZAKTEKS TEKSTİL TRİKOTAJ" MMC olub. Tərəflər arasında 124.446,34 AZN-lik müqavilə imzalanıb. 

Tenderə qadın və kişi üçün pencəklər, qış şalvarları, köynəklər, kurtka, yay T-shirtləriın  və  şalvarlarıntikilməsi daxildir.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "ÖZAKTEKS TEKSTİL TRİKOTAJ" MMC-nin qanuni təmsilçisi ELSEVƏR BAXIŞOV ZAHİR OĞLUdur.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, Gömrük xidməti general-mayoru Qulu Novruzovdur. 

Ayxan

Oxşar Xəbərlər