Mersində biabırçı hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, oğlu ilə yaşayan Saliha Sak yanvar ayında ayda 2 min lirəyə müqavilə ilə ev kirayələyib. İddiaya görə, Sakın 2 illik müqaviləsi olan ev sahibi S.H kirayə haqqını 7 minə qaldırmaq istəyib.
Saliha Sak isə bunu qəbl etməyib. . Bunun üzərinə S.H kirayəçisindən evini boşaltmasını istəyib. Sak isə getməyə yeri olmadığını, ona görə də müqaviləyə uyğun hərəkət edəcəyini bildirib və evi boşaltmayacağını bildirib. Bu hadisələrdən sonra Sakın mobil telefonuna müxtəlif nömrələrdən təhdid və cinsi xarakterli mesajlar gəlməyə başlayıb. Sak bununla bağlı polisə və məhkəmyə baş vurub.
S.Sak hadisə ilə bağlı "Yanvar ayında evə gəldim. Zəlzələdən dərhal sonra ev sahibi kirayə haqqını artırmaq istədiyini söylədi. Müqavilə prosedurlarına uyğun hərəkət edəcəyimi və onun istədiyi 7 min TL-ni verə bilməyəcəyimi dedim. Sonra hədələməyə başladı. “Səni məhəllədə rüsvay edəcəm, öldürəcəm”, kimi ifadələr işlədib, mesajlar göndərdi. Polis idarəsinə getdim, şikayət etdim, ifadə verdim. Lakin heç bir nəticə əldə edə bilmədim. Bir ay sonra yenə telefonla mesajlar yazdı. Ölümlə təhdid edildi, uyğun olmayan fotoşəkillər göndərildi. Yenə polis bölməsinə gedib şikayət etdim, lakin səhərisi gün də hədələyici mesajlar davam etdi.
Hələ də hədə mesajları alıram. Hər gün polis bölməsinə gedəcəyəmmi? Hazırda həyatım təhlükədədir. Özümü təhlükəsiz hiss etmirəm. Bu adam bu mesajları göndərməkdə davam edir və ona qarşı heç bir tədbir görülmür” deyə qeyd edib.
Ayxan