DÜNYA ÖZ XƏBƏR

RƏSMİ: Türkiyədə işsiz insanların sayı ARTIB

Türkiyədə işsiz olan insanların sayı açıqlanıb.

32gun.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) iyun ayı üzrə işsizlik hesabatı zamanı məlumat yayıb.

Məlumata əsasən işçi qüvvəsi 2023-cü ilin iyun ayında əvvəlki ayla müqayisədə 359 min nəfər azalaraq 34 milyon 629 min nəfər olub. İşçi qüvvəsində iştirak nisbəti kişilərdə 70,7 faiz olduğu halda, qadınlarda 35,5 faizi əhatə edib.

15 və daha yuxarı yaşda olan işsizlərin sayı isə 2 min nəfər artaraq 3 milyon 337 min nəfər olub. Sözügedən yaş aralığında işsizlik nisbəti 0,1 faiz artaraq yüzdə 9,6-a çatıb. Bu nisbətin kişilər üçün yüzdə 7,8 ikən, qadınlar üçün yüzdə 13,2 olduğu bildirilib.

Aysel Şirinova

Oxşar Xəbərlər