DÜNYA ÖZ XƏBƏR

Adalardakı yanğında 36 nəfər öldü

Havay adalarından biri olan Mauidə baş verən genişmiqyaslı yanğınlar nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, 11 mindən çox insan təxliyə edilib.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Səlahiyyətlilər, axtarış-xilasetmə işlərinin davam etdiyini və  mühafizə qruplarının alovdan xilas olmaq üçün suya atılanlardan 2-si uşaq olan 14 nəfəri xilas etdiklərini bildiriblər.

3 ərazidə davam edən yanğın nəticəsində xeyli sayda ev və iş yerləri tamamilə məhv olub. Məlumata əsasən ölü sayının artacağı güman edilir.

Prezident Co Bayden Hərbi Dəniz Qüvvələrinin yanğınlarla mübarizə üçün "Qara Şahin" tipli helikopterlər təmin etdiyini, xilasetmə işlərinin gücləndirildiyini bildirib.

Aysel Şirinova

Oxşar Xəbərlər