Tayvan Çinə məxsus 33 hərbi təyyarə və 6 döyüş gəmisini aşkar edib.
32gun.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Təyyarələrdən 10-u Tayvan boğazında sərhədləri keçərək Tayvanın Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına uçub.
Uçuşların Yaponiyanın keçmiş baş naziri Aso Taronun Tayvana səfərindən sonra həyata keçirilməsi diqqət çəkib.
Aysel Şirinova