Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunun 37 kəndinin məcburi formada boşaldılacağı bildirilib.
32gun.az Ukrayna mediasının məlumatına əsasən xəbər verir ki, Kupyansk Rayon Hərbi Administrasiyasının rəhbəri Andrey Kanaşeviç rayonun kəndlərinin boşaldılması barədə qərarı imzalayıb.
Bildirilib ki, kəndlərin boşaldılmasına səbəb bu ərazilərin Rusiyanın daimi hücum zonasına çevrilməsidir.
Ukrayna Baş Qərargahı son 24 saat ərzində Ukrayna qoşunlarının Kupyansk istiqamətində Sinkivka və İvanivke yaşayış məntəqələrində hücumlarını uğurla dəf etdiklərini və bu istiqamətdə 10-dan çox yaşayış məntəqəsinin artilleriya və minaatan hücumlarına məruz qaldığını açıqlayıb.
Aysel Şirinova