DÜNYA ÖZ XƏBƏR

DƏHŞƏTLİ OLAY! 29 yaşlı gənc əyləncə məkanının mühafizəçiləri tərəfindən döyülərək öldürüldü

Şimali Kipr Türk Respublikasında dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki,  29 yaşlı Hüseyn Mavideniz getdiyi əyləncə məkanının mühafizəçiləri tərəfindən döyülərək öldürülüb.

Polis əməkdaşları şübhəliləri saxlayıb.

Hadisə ilə bağlı məlumatda bildirilir ki, 29 yaşlı Hüseyn Mavidəniz atasının müalicəsi üçün İngiltərədən Şimali Kipr Türk Respublikasına gəlib. H.Mavidənizin dostları ilə getdiyi əyləncə məkanında həddiəndən artıq spirtli içki qəbul edib orada problem yaradıb. Onun  məkanı tərk etməsi istənildikdə isə təhlükəsizlik işçiləri ilə mübahisə edib.

Bildirilib ki, mühafizəçilər Mavidənizi məkandan çıxararaq, məkandan kənarda təpik və yumruq zərbələri ilə döyüblər.
Ətrafdakıların lentə aldığı görüntülərdə Mavidənizə mühafizəçilərdən Mehmet Yazıcının başına yumruq vurması nəticəsində yerə yıxıldığı, məkanın meneceri Doğu Alçınerin isə Mavidənizə təpik vurduğu görülüb. Aldığı zərbələr nəticəsində ağır yaralanan Mavidəniz xəstəxanaya aparılıb və hadisə yerində dünyasını dəyişib.

Ayxan

KKTC'de 29 yaşındaki genç, eğlence mekanının güvenlik görevlilerince dövülerek öldürüldü

Oxşar Xəbərlər