Əfqan qadın və qızları gizli şəkildə təhsillərini davam etdirərək Taliban hökumətinə qarşı mübarizələrini davam etdirməyə çalışırlar.
32gun.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata əsasən qadınların qurduğu və işçilərinin əksəriyyətinin qadınlar olduğu gizli məktəblərin artıq üzə çıxmağa başladığı bildirilib. Gizli fəaliyyət göstərən məktəbin sinif otaqlarında təxminən 30 nfərin olduğu deyilib.
“Qardaşım tez-tez deyir ki, məktəbi tərk et. Bu məktəbin varlığından heç kimin xəbəri yoxdur. Amma bir gün Talibanın gələcəyindən narahatıq. Məni burada qalıb bacılarıma dərs deməyə razı salan valideynlərim olub. Mən onların dərdinə şərikəm. Universitetimi də bağlayıblar. Ona görə də mən burada dərs vermək və qızlara kömək etmək istəyirəm",- bu sözləri 6 aydır ki, gizli məktəbdə müəllimlik edən gənc qız BBC jurnalistlərinə müsahibəsi zamanı deyib.
Xatırladaq ki, Taliban 10 yaşdan yuxarı qız uşaqlarının məktəblərə getməsinə qadağa qoyub.
Aysel Şirinova