İstanbulda sənaye zonasında fabrikdə yanğın olub.
32gun.az xəbər verir ki, yanğın Akpınar Sənaye Bölgəsində 5 min kvadratmetr sahədə qurulan 4 mərtəbəli şüşə istehsalı fabrikində baş verib. Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Hadisə yerinə cəlb olunan xilasetmə qrupları yanğının miqyası genişlənmədən söndürməyi bacarıblar.
Ölən və yaralanan yoxdur.
Aysel Şirinova

