Polşada 2-ci Dünya müharibəsindən qalan partlamamış bomba tapılıb, 15 min nəfər təxliyə edilib.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata əsasən ölkənin şərqində Lublin şəhərində aşkar edilən bomba ilə bağlı həyəcan təbili çalınıb.
Təhlükəsizlik qüvvələri küçələrdə keşik çəkərək anonslarla məlumat verib, uşaq bağçaları bağlanıb. Eyni zamanda təhlükəli ərazidə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Bombanın zərərsizləşdirilməsi və ərazidən uzaqlaşdırılması üzrə işlərin davam etdirildiyi bildirilib.
Aysel Şirinova