HADİSƏ
Ələtdə dənizdə 2 nəfər batdı - YENİLƏNİB
Qaradağ rayonunun Ələt qəsəbəsində 2 nəfər dənizdə boğulub.
32gun.az xəbər verir ki, onlardan birinin meyiti sudan çıxarılaraq təhvil verilib.
Digər şəxsin isə axtarışları hələ ki, nəticə verməyib.
***
Avqustun 11-də Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.
32gun.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.