Suriyanın keçmiş səfiri Mehmet Orhan Akanın (92) evindəki yarım milyon rəsm saxta ilə dəyişdirilərək oğurlanıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, məşhur rəssam Burhan Doğançay tərəfindən çəkilən rəsm əsərləri sabiq səfirin qzı və kürəkəni tərəfindən oğurlanıb.
Belə ki, evin təhlükəsizlik kamerası görüntülərini araşdıran Aka rəsmin evinə gələn qızı Pınar Ç və kürəkəni Ersin Ç tərəfindən oğurlandığını müəyyən edib.
Bundan sonra səfir vəkili vasitəsi ilə təhlükəsizlik kamerasının görüntüləri ilə prokurorluğa gedərək qızı və kürəkənindən şikayət edib.
Şəxslər və tablo axtarılan zaman cütlük tablonu Cihangirdəki antikvar satıcısına yaxınlaşıb və ataları tərəfindən göndərdiyiklərini və hərracda satmaq istədiklərini bildiriblər. Antikvar satıcısı da tablonu götürərək sosial şəbəkədəki səhifəsində paylaşıb.
Lakin Akanın vəkili tərəfindən polisə məlumat verilib ki, oğurlanan rəsm aktikvar əşya satıcısı tərəfindən sosial şəbəkədə paylaşılılıb. Bundan sonra polsilər hərəkətə keçib.

Sözügedən antikvar mağazasına gedən polis əməkdaşları həmin tablonn oğurluq olduğu və satışının dayandırılması gərəkdiyi bilirilib. Rəsmin satışı üçün antikvar dükanına yenidən gələn Pınar Ç polis tərəfindən saxlanılıb.
Polisə ifadə vern Pınar Ç-nin atasının tablonu ona hədiyyə etdiyini, rəsmi satmaq üçün bura gətirdiyini bildirib.

"Oğurluq" cinayəti ilə mühakimə olunan Pınar Ç prokurorluqdakı ifadəsindən sonra sərbəst buraxılıb.
Fərari kürəkən Ersin Ç üçün axtarışlar davam edir.
Ayxan