DÜNYA ÖZ XƏBƏR

Mark Zukerberq qəfəs döyüşü ilə bağlı paylaşım ETDİ

Meta-nın SEO-su Mark Zukerberq, X sosial media platformasının sahibi İlon Maskın qəfəs döyüşü təklifi ilə bağlı paylaşım edib.

32gun.az xəbər verir ki, Zukerberq Threads üzərindən etdiyi paylaşımda Maskın döyüş mövzusunda ciddi olmadığını iddia edib: 

"Düşünürəm ki, biz hamımız razılaşa bilərik ki, Ilon ciddi deyil".

Maskın döyüşün vaxtı ilə bağlı qərar vermədiyini bildirən Zukerberq, "Əvvəlcə əməliyyat olunacağını dedi. İndi isə mənim həyətimdə məşq etməyi öyrənir. İlon real görüşə və döyüşə ciddi yanaşsa, mənimlə necə əlaqə yaratmalı olduğunu bilir. Əks halda, davam etmək vaxtıdır. İdmana ciddi yanaşan insanlarla yarışmağa diqqət yetirəcəm" deyə Zukerberq paylaşımda qeyd edib.

Aysel Şirinova

Oxşar Xəbərlər