Məktəbin həyətində minlərlə partlamamış hərbi sursat tapılıb.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə hadisə Kamboçyada baş verib. Hərbi sursatın 48 il əvvəl başa çatan vətəndaş müharibəsinin qalıqları olduğu iddia edilib.
Hadisə ilə bağlı məktəb müvəqqəti bağlanıb.
Tapılmış hərbi sursatın zərəsizləşdirilməsi və ərazidən uzaqlaşdırılması üzrə işlərə başlanıldığı bildirilib.
Aysel Şirinova
