Hökümət təyyarəsi qəzaya uğrayıb, təyyarədə olan Xarici İşlər Naziri Annalena Baerbockun səfəri yarıda qalıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Belə ki, Xarici İşlər Nazirinin Avstraliya, Yeni Zelandiya və Ficiyə səfəri üçün təyyarə hərəkətə keçib. Məlumata əsasən hökumət təyyarəsi texniki nasazlıq səbəbindən bu səhər Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə enməli olub.
Hökümət təyyarəsində nazirlə birgə digər dövlət rəsmilərinin də olduğu məlum olub.
Nazirliyin sözçüsü verdiyi açıqlamada nasazlığı aradan qaldırmaq mümkün olmazsa, nazir Baerbok və nümayəndə heyətinin bəzi üzvlərinin adi təyyarələrdən biri ilə Əbu-Dabidən Avstraliyanın paytaxtı Kanberraya səyahətinə davam etdirə biləcəyini vurğulayıb.
Aysel Şirinova