İranın Şiraz şəhərində Şah Çərəq türbəsinə silahlı basqın olub. Hücum zamanı 4 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.
32gun.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumatda Fars əyalətinin Şiraz şəhərindəki Şah Çərəq türbəsinə iki nəfərin həyata keçirdiyi silahlı hücumla bağlı indiyədək 10 nəfərin saxlanıldığı deyilib. Hadisəni törədən şəxslərdən biri tutulub. Onun Tacikistan vətəndaşı olduğu bildirilib. Digər şəxsin axtarışları davam etdirilir.
Fars Əyalətinin Baş hakimi Hüccətülislam Seyyid Kazım Musevi hücumla bağlı saxlanılan şəxslərin hamısının xarici ölkə vətəndaşları olduğunu bildirib.
Aysel Şirinova