DÜNYA ÖZ XƏBƏR

Polis qəzetə basqın etdi

Polis qəzetin redaksiyasın basqın edib. Nəticədə qəzetin sahibi həddindən artıq stres səbəbilə həyatını itirib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ABŞ-nin Kanzas ştatında qeydə alınıb. 

Bildirilib ki, polisin qəzetə basqınına səbəb yerli restoran sahibi Kari Nyuellin sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə məhkum edildiyi, lakin lisenziyası olmadan maşın sürməyə davam etdiyinə dair sübutların qəzetdə dərc olunması xəbərləri olub. Polis “Marion County Record” qəzetinin sahibi 98 yaşlı Coan Meyerin evinə hücum edərək şəxsi noutbukunda mövzu barədə sübutları axtarmağa başlayıb. Hadisədən 1 gün sonra qəzetin yaradıcısı dünyasını dəyişib.

 Hadisə ölkədə böyük əks-səda doğurub. Reuters, Associated Press, The New York da daxil olmaqla 30-dan çox böyük media orqanları polisə açıq məktub yazaraq hadisəni qəti şəkildə  pislədiklərini bildiriliblər. 

Aysel Şirinova

Oxşar Xəbərlər