Pakistanda Müstəqillik Gününün 76-cı ildönümünün qeyd edilməsi zamanı havaya açılan atəş nəticəsində 2 nəfər ölüb, 50 nəfər yaralanıb.
32gun.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.
Məlumatda həyatını itirənlərdən 1-nin qadın olduğu deyilib. Yaralılar xəstəxanalara çatdırılıb.
Hadisə nəticəsində 10 nəfərin tutulduğu bildirilib.
Aysel Şirinova