ABŞ-nin Havay adalarında baş verən meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 99-a yüksəlib. Tarixinin ən böyük təbii fəlakətlərindən birini yaşayan ölkədə Bayden açıqlamaları ilə gündəmi zəbt edib.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə tətilinə ara verməyən Baydenin açıqlaması ölkədə etirazlara səbəb olub. Belə ki jurnalistlərin yanğınla bağlı suallarını Bayden "şərh yoxdur" deməklə cavablayıb.
Baydenin bazar günü verdiyi açıqlamanın əks-sədasının davam etdiyi bir zamanda, ABŞ prezidentinin bir neçə saat sonra evinin yaxınlığındakı çimərlikdə istirahət görüntüləri yayılıb. Hadisələrdən sonra keçmiş Havay konqresmeni Mark Kaniela İnq, Yaşıl Yeni Sövdələşmə Şəbəkəsinin direktoru Baydenin böhranın öhdəsindən gəlməkdə aciz olduğunu dilə gətiriblər.
Konqresmen Bob Qud, Baydenin çimərlikdə günəş vannası qəbul etdiyi fotonu paylaşaraq, "Havayda amerikalıların yaxınlarını və evlərini itirdiyi bir zamanda, Co Bayden çimərlikdə istirahət edir",- deyə bildirib.
Aysel Şirinova