ABŞ-də Fulton rayon prokuroru Fani Uillis Donald Trampa ittiham aktı çərçivəsində məhkəmə qarşısına çıxması və ifadə verməsi üçün avqustun 25-dək vaxt verib.
32gun.az-ın CBS News telekanalına istinadən verdiyi xəbərinə görə Uillis, Tramp və komandasına qarşı irəli sürülən 41 ittihamın 98 səhifəsini ehtiva etdiyi ittihamnamə ilə bağlı mətbuata açıqlama verib.
Əksi sübuta yetirilməyənə qədər bütün müttəhimlərin “günahsız” sayıldığını xatırladan Uillis, Trampdan başqa, onun keçmiş vəkilləri Rudy Giuliani və Con Eastman və Ağ Evin keçmiş Baş Qərargah rəisi Mark Meadows da daxil olmaqla daha 18 nəfərin ittiham edildiyini bildirib:
“Bu prosesdə dövlətin rolu demokratiyamızın işləməsi üçün vacibdir”. Müttəhimlərə könüllü olaraq avqustun 25-i yerli vaxtla saat 12:00-a qədər ifadə vermək üçün məhkəməyə gəlmək imkanı verilib".
Aysel Şirinova