Fransa xəstəxanalarının Təcili Yardım bölmələrinin acınacaqlı vəziyyətdə olduğu məlum olub.
32gun.az "La Provence" qəzetinə istinadən xəbər verir ki, xəstəxanalara gələn xəstələr kadr çatışmazlığı və sıxlıq səbəbindən xəstəxanaların bağçalarındakı çarpayılara yerləşdirilir. Həkimlər sıxlığın qarşısını almaq üçün xəstələri bağçada müayinə edirlər.
Ölkədə fövqəladə xidmətlər göstərən təşkilat olan "Samu-Urgences France"nin rəhbəri Marc Noizet, turizm bölgələri də daxil olmaqla bütün sektorlarda təcili yardım xidmətlərinin böhranla mübarizə apardığını dilə gətirib: "15 bölgədəki 100 təcili xidmət qaynar xəttindən 69-u işçilərin tətili səbəbindən xidmət göstərə bilmir. Onların maaşları yetərli deyil, karyeralarında irəliləyiş əldə edə bilmirlər".
Fransız Rivierası kimi turistik bölgələrdə, demək olar ki, bütün təcili yardım xidmətlərinin bağlandığına diqqət çəkən Noizet, vəziyyətin böyük çətinliklərin yaşandığı keçən yaydan, hətta hər zamankından daha pis olduğunu vurğulayıb.
Aysel Şirinova