Fransanın paytaxtı Parisin simvolu hesab olunan Eyfel qülləsinə içkili halda 2 ABŞ-lı turisti daxil olub.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə turistlər 1 gecə qüllədə qalıblar. Təhlükəsizlik işçiləri, səhər ziyarət saatına yaxın qüllənin ictimaiyyətə bağlı hissəsində 2 nəfərin olduğunu görüblər. Xilasedicilərin köməyi ilə çıxarılan turistlər polis bölməsinə aparılıb. Araşdırmalardan sonra ABŞ-dan gələn 2 turistin daxil olduqları qüllədən çıxmaq istəyərkən baryerləri aşaraq ikinci və üçüncü mərtəbələr arasındakı qadağan zonaya daxil olduğu məlum olub.
Polisin məlumatına əsasən 2 nəfər barəsində cinayət işi açılıb.
Qeyd edək ki, hadisə ilə bağlı qüllə 1 saat gec açılıb.
Aysel Şirinova