Tunis Milli Qvardiya Baş İdarəsindən verilən yazılı açıqlamada bir gecədə 18 qeyri-qanuni miqrasiya cəhdinin qarşısı alındığını açıqlayıb.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə əməliyyatda Aralıq dənizini keçmək istəyən 80-i Tunisli, 550-si Saharaaltı Afrika ölkələrindən olan 630 qeyri-qanuni miqrantın xilas edildiyi qeyd edilib.
Açıqlamada həmçinin ölkənin cənubundakı Şafaks vilayətində qeyri-qanuni miqrasiya etməkdə şübhəli bilinən 20 nəfərin saxlanıldığı bildirilib.
Səlahiyyətlilər əməliyyatlar çərçivəsində insan qaçaqmalçılığı üçün istifadə edilən mühərrik və dəniz avadanlıqlarından 216 min dollardan çox pul ələ keçiriblər.
Aysel Şirinova