DÜNYA ÖZ XƏBƏR

ABŞ İranı Rusiyaya dron satışını dayandırmağa çağırıb

ABŞ İrandan Rusiyaya kamikadze dronların satışını dayandırmağı tələb edib.
32gun.az-ın "Financel Times"ə istinadən verdiyi xəbərə görə Vaşinqton administrasiyası İrandan Rusiyaya ehtiyat hissələrinin, eləcə də Moskvanın Ukrayna müharibəsində istifadə etdiyi deyilən kamikadze dronların satışına son qoymasını istəyib.

ABŞ administrasiyası məsələni bu il Qətər və Omanda İranla aparılan danışıqlarda gündəmə gətirib.

Məlumatda ABŞ-nin Tehran rəhbərliyindən Ukrayna müharibəsində kamikadze PUA-larının istifadəsinə son qoyulmasını dəfələrlə tələb etdiyi, bununla belə, İranın məsələ ilə bağlı daha konkret addımlar atmasını istədiyi bildirilib.

Qeyd edək ki, İran administrasiyası Ukraynadakı müharibədə Rusiyanın kamikadze pilotsuz uçan aparatlardan istifadə etdiyinə dair xəbərləri təkzib edib.

Aysel Şirinova

Oxşar Xəbərlər