ABŞ-ın Havay ştatında baş verən meşə yanğınlarında ölənlərin sayının 100-ü keçməsindən sonra Yaponiya təbii fəlakətdən zərər çəkənlər üçün bölgəyə 2 milyon dollar humanitar yardım edəcəyini açıqlayıb.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə bu barədə Yaponiyanın xarici işlər naziri Hayashi Yoşimasa məlumat yayıb.
Nazir yanğınlarda zərər çəkən Yaponiya vətəndaşlarının vəziyyəti ilə bağlı məlumat verərək, təxliyyə əməliyyatları, qida və psixoloji dəstək kimi məqsədlər üçün veriləcək yardımın 1,5 milyon dollarının Amerika Qırmızı Xaç Cəmiyyəti vasitəsilə çatdırılacağını bildirib.
Qalan məbləğin Yaponiya Platforması təşkilatı vasitəsilə təmin ediləcəyi qeyd edilib. ABŞ ilə dostluq münasibətlərini vurğulayan Yaponiya hökuməti təbii fəlakət qurbanlarına davamlı dəstəyini əsirgəməyəcəyini qeyd edib.
Aysel Şirinova