DÜNYA ÖZ XƏBƏR

Məscidə girib, axundun paltarını geyinib görün nə etdi -VİDEO

İstanbulda Mahmut Paşa məscidinə daxil olan şübhəli şəxs məsciddəki əməlinə görə polislər tərəfindən axtarışa verilib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki,  məscidə girən şəxs asılqana asılmış axund paltarını geyinib yatmış kişinin yanına gedib.

Kişinin cibindən xalçanın üzərinə düşən mobil telefonunu əvvəlcə ayağı ilə özünə yaxınlaşdırıb. Sonra əyilib telefonu götürdü. Əynindəki xalatını çıxaran şübhəli oğurladığı mobil telefonu ilə məsciddən çıxaraq yoxa çıxıb.

Oğurluq anları   məsciddəki təhlükəsizlik kameralarına əks olunub. 

Ayxan

Oxşar Xəbərlər