Prezident Ərdoğanın səsini süni intellektlə təqlid edərək iş adamlarını aldatmağa çalışan şəxs saxlanılıb.
32gun.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə sözügedən şəxs prezidentin səsi ilə bəzi iş adamlarına və yüksək səviyyəli dövlət idarəçilərinə zəng vurmağa çalışıb.
Saxtakarın xarici vətəndaşlar üçün aldığı 10-dan çox fərqli GSM xətti üzərindən insanlara zəng etdiyi məlum olub.
Milli Kəşfiyyat İdarəsinin həyata keçirdiyi xüsusi əməliyyatla qısa müddətdə onun şəxsiyyəti və yeri müəyyən edilərək polisə təhvil verilib.
Aysel Şirinova