DÜNYA ÖZ XƏBƏR

7 ayda 5 mindən çox insan öldürülüb

Təhlükəsizlik problemlərinin artdığı Nigeriyada 7 ayda 5 mindən çox insanın öldürüldüyü bildirilib.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə bu barədə məlumat ölkədə fəaliyyət göstərən təhlükəsizlik risklərinin idarə edilməsi və kəşfiyyat məsləhətçi şirkəti Beacon Consulting tərəfindən 2023-cü il üçün Nigeriya təhlükəsizlik hesabatının dərci zamanı verilib.

Məlumata görə, silahlı dəstələr və terror təşkilatları Boko Haram və ISWAP üzvləri yanvar-iyul ayları arasında ölkənin müxtəlif bölgələrində silahlı hücumlar həyata keçirib. Hücumlarda 5166 nəfər ölüb, 1830 nəfər qaçırılıb.

Qeyd edək ki, mayın 29-da Nigeriyada vəzifəyə başlayan Prezident Bola Əhməd Tinubu ölkəsində artan etibarsızlıqla mübarizə aparmaq üçün islahatlar vəd etmişdi.

Aysel Şirinova

Oxşar Xəbərlər