Sivas şəhərinin Suşehri bölgəsində dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, 72 yaşlı Kazım Böyrekin idarə etdiyi traktor sürücünün sükan idarəetməsini itirməsi nəticəsində təxminən 6 metr hündürlükdən evin bağına aşıb.
Qəza baş verən yerə səhiyyə, polis və xilasetmə qrupları sövq edilib.
Həkim qruplarının nəzarəti zamanı traktorda sərnişin olan Özbəkistan vətəndaşı Nurgül Kulova qəza yerində, sürücü Böyrek isə ağır bədən xəsarətləri ilə yerləşdirildiyi Suşehri Dövlət Xəstəxanasında dünyasını dəyişib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Ayxan