"X" sosial media platformasının sahibi İlon Mask Meta şirkətinin rəhbəri Mark Zukerberqin İtaliyada qəfəs döyüşünün şərtlərini qəbul etmədiyini açıqlayıb.
32gun.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.
Məlumata əsasən Mask: "Qədim Romanın tarixini təbliğ edərkən biz həm də Amerika veteranları və İtaliyadakı uşaq xəstəxanaları üçün pul toplamaq istəyirdik. Zukerberq bu təkliflə maraqlanmadığı üçün təklifdən imtina etdi", - deyib.
Zuckerbergin yalnız UFC tədbiri təşkil edərsə döyüşmək istədiyini vurğulayan Mask, "Mən istənilən döyüşə hazıram",- deyə qeyd edib.
Aysel Şirinova