Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “Yaşıllaşdırma müəssisələrinin Baş İstehsalat İdarəsi”nin Su Quyularinin İstismari və Təmiri Xidməti Müəssisəsinin "Elektrik mallarının" satınalınması" ilə bağlı elane tdiyi tender başa çatıb.
32gun.az-ın məlumatına görə, tenderin qalibi "AKFA GROUP" MMC olub. Tərəflər arasında 126.053,89 AZN-lik müqavilə imzalanıb.
Müqaviləyə əsasən tenderi elan edən müəssisə bir neçə cür İzolentlər, Led lampa, Kabel birləşdirici, Luminiset lampa, Uzadıcı başlığı (Kalodka), Boş baraban və.s ilə təmin olunmalıdır.
Bildirək ki, nizamanmə kapitalı 10 AZN olan "AKFA GROUP" MMC-nin qanuni təmsilçisi RAMİL QƏDİMOV MALİK OĞLUdur.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinin baş direktoru bu ilin mart ayında təyin edilən 68 yaşlı Mirdamət Seyidovdur.
Yaşıllaşdırma müəssisələrinin Baş İstehsalat İdarəsi”nin Su Quyularinin İstismari və Təmiri Xidməti Müəssisəsinin rəisi isə Salahov Yaşar Hüseyn oğludur.
Ayxan