İDMAN

Dünya çempionumuz daha bir döyüşünün vaxtını AÇIQLADI

Xəbər verdiyimiz kimi, kikboksinq üzrə dünya çempionu, tanınmış k-1 ustası Bəhram Rəcəbzadə uzun fasilədən sonra növbəti döyüşünə çıxacaq. "Altın Qurd" ləqəbli idmançımızın iyunun 17-də Antalyada keçiriləcək döyüşdə rəqibi mərakeşli Muhammed Aminedir.

Azərbaycanlı dünya çempionu bu döyüşdən qısa müddət sonra yenidən rinqdə gücünü göstərəcək.

32gun.news xəbər verir ki, bu barədə B.Rəcəbzadə özü "facebook'' hesabında məlumat verib. Bildirib ki, iyunun 26-da daha bir döyüşə qatılacaq. Onun ikinci rəqibi Mehmet Özerdir.

Oxşar Xəbərlər