Ən sürətli əriyən buzlaq 20 il əvvəl ölən şəxsin qalıqlarını ortaya çıxarıb.
32gun.az xəbər verir ki, sözügedən buzlaq Avstriyanın Tirol əyalətindəki Şlatenkeesdir.
Məlumata görə cəsəd təxminən 2900 metr yüksəklikdə tapılıb. Meyitin yanından içərisində nağd pul, bank kartları və sürücülük vəsiqəsi olan bel çantası aşkar edilib.
Polis cəsədin 2001-ci ildə buzlaqda ölən 37 yaşlı kişiyə aid olduğunu iddia edib.
Qeyd edək ki, iyunun sonunda da bir qrup alpinist eyni buzlaqda insan qalıqları və xizəklər aşkar ediblər.
Aysel Şirinova