HADİSƏ
Bakıda üzərində isti su tökülən 21 yaşlı oğlan ÖLDÜ
Sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən 32gun.az"a bildirilib ki, sonuncu almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.