Qırğızıstan, İsrail və Fələstində tərəflərə atəşkəs çağırışı edib.
32gun.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.
Bildirilib ki, Qırğızıstan xeyli sayda ölüm və dağıntılara səbəb olan İsrail-Fələstin münaqişəsinin şiddətlənməsini dərin narahatlıqla izləyir.
Bəyanatda, "Yaxın Şərqdə sülhün təmin edilməsi, mülki əhalinin qorunması və sabitliyin təmin edilməsi üçün tərəfləri atəşkəs elan etməyə, siyasi və diplomatik dialoqa ən qısa zamanda başlamağa çağırırıq",- deyilib.
Aysel Şirinova