SOSIAL ÖZ XƏBƏR

Abşeron rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi yeni tender elan edib

Abşeron rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin Xırdalan şəhər üzrə nümayəndəliyi yeni tender elan edib.

32gun.az xəbər verir ki, müsabiqənin satınalma predimenti "Xırdalan şəhərində abadlıq işlərinin satın alınması" ilə bağlıdır.

Tenderdə iştirak haqqı 600 AZN-dir.

Qeyd edək ki, ötən ay Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyinin "Xırdalan şəhərində küçə işıqlarının təmiri işlərinin satın alınması" ilə bağlı elan etdiyi tenderdə 653 min 277 manat 71 qəpik vergi borcu olan "ORBİS GROUP" MMC qalib olmuşdur. Tərəflər arasında 205.854 AZN-lik müqavilə imzalanmışdı.

Xatırladaq ki, Abşeron rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin Xırdalan şəhəri üzrə nümayəndəliyinin sədri Malik Məmmədovdur.
Ayxan

Oxşar Xəbərlər