HADİSƏ

Bakıda evakuator qadını vurub öldürdü

Bakıda evakuator 76 yaşlı qadını vuraraq öldürüb.

32gun.az apa-ya istinadən xəbər verir ki, şəhər sakini Fərid Hüseynov Sabunçu rayonu, Zabrat qəsəbəsində hərəkətdə olarkən 1947-ci il təvəllüdlü Solmaz Qocayevanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Oxşar Xəbərlər