DÜNYA ÖZ XƏBƏR

BMT Braziliyanın Yaxın Şərqlə bağlı qətnamə layihəsini qəbul etmədi - ABŞ-ın vetosuna görə

Amerika Birləşmiş Ştatları veto hüququndan istifadə etdiyi üçün BMT Təhlükəsizlik Şurası Braziliyanın Yaxın Şərq qətnamə layihəsini qəbul etməyib.

32gun.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

BMT Təhlükəsizlik Şurasının 12 üzvü qətnamə layihəsinin lehinə səs verib, Böyük Britaniya və Rusiya səsvermədə bitərəf qalıb, yalnız ABŞ onun əleyhinə səs verib.

BMT Təhlükəsizlik Şurası Braziliyanın Yaxın Şərqlə bağlı qətnamə layihəsinə Rusiya tərəfindən edilən düzəlişlərin heç birini qəbul etməyib. Bu düzəlişlərdən biri sənədin mətninə təcili humanitar atəşkəs çağırışı, ikincisi isə Qəzza zolağına ayrıseçkilik etmədən hücumları pisləyir.

Qəzzada Əl-Əhli xəstəxanasına edilən hücumdan sonra Rusiya Federasiyası son düzəlişini bu hücumu ayrıca pisləyən bəyanatla tamamlayıb. 
Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin qeyd etdiyi kimi, Rusiyanın təklif etdiyi dəyişikliklər Braziliyanın qətnaməsini balanslaşdırmaq məqsədi daşıyır, çünki o, radikal HƏMAS hərəkatının hücumunu pisləyir, lakin İsrailin hərəkətlərini qiymətləndirmir. 

Bununka da, Oktyabrın 17-də BMT Təhlükəsizlik Şurası Rusiyanın Fələstin-İsrail münaqişəsinə dair qətnamə layihəsini qəbul etməyib. Sənədə 5 ölkə - Rusiya, Çin, BƏƏ, Qabon, Mozambik səs verib. Altı ölkə - Albaniya, Braziliya, Qana, Malta, İsveçrə, Ekvador bitərəf qalıb. Dörd dövlət - Böyük Britaniya, ABŞ, Fransa və Yaponiya buna qarşı çıxıb. Beləliklə, qətnamə lazımi sayda səs toplaya bilməyib.
Qeyd edək ki, Şuranın doqquz üzvü lehinə səs verdikdə, o cümlədən bütün daimi üzvlərin müvafiq səsləri ilə qərar qəbul edilmiş sayılır.
Ayxan

Oxşar Xəbərlər