"Rusiya və İsrail arasında müntəzəm və intensiv dialoq var, daim fikir mübadiləsi aparılır".
32gun.az xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, Rusiya terrorizmin təzahürlərini pisləyir və Yaxın Şərqdə atəşkəs rejimini zəruri hesab edir.
Bundan əvvəl Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov münaqişədə “Rusiyanın oynadığı roldan” narazı idi.
“The Times of Israel” yazır ki , İsrail Xarici İşlər Nazirliyi Moskvanı “daha balanslı” mövqe tutmağa çağırıb.
Ayxan