"İsrailin Qəzza zolağında mümkün quru əməliyyatı qırğına çevriləcək"
32gun.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirdiyi mətbuat konfransında deyib.
"İsrail təcili olaraq bu səhvdən əl çəkməlidir. Dərhal atəşkəs elan etmək və humanitar yardım dəhlizi yaratmaq lazımdır. İsrail silah, zorakılıq və qəddarlıqla daimi təhlükəsizliyə nail ola bilməz. Qəzzaya qarşı quru əməliyyatı bu vəhşiliyi əsl qırğına çevirəcək" deyə Hakan Fidan qeyd edib.
Ayxan